“Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır
30.03.2026 - 12:27
Türkiyə millisinin üzvü və “Roma”nın futbolçusu Zeki Çelik karyerasını “Qalatasaray”da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi artıq 29 yaşlı müdafiəçi üçün hərəkətə keçib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
“Sarı-qırmızılılar” mövsümün sonunda A Seriyası təmsilçisindən ayrılacaq 29 yaşlı sağ cinah müdafiəçisinə illik 4 milyon avro məvacib qazanacağı müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Zeki Çelik 2022-ci ildən “Roma”da çıxış edir.
- “Əl-Nəssr”in prezidenti: “Ronaldonun transferində aldadıldım”
- Azərbaycan yığmalarının məşqçilər korpusu bəlli olub
- Avropa futbolunda “Clear Line” layihəsi tətbiq olundu
- ACF daha 24 klub və idman təşkilatına beş illik lisenziya təqdim edib
- Bakı birinciliyində daha 6 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO
0
0