“Qalatasaray”da CİDDİ İTKİ
31.01.2026 - 18:42
“Qalatasaray”ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Leroy Sane zədələnərək sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı vingerin sağ ayaq biləyinin xarici yan bağlarında və oynaq kapsulunda cırılma, həmçinin qanaxma aşkar edilib.
Qeyd edək ki, Leroy Sane UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində “Mançester Siti” ilə keçirilən matçda zədələnmişdi.
- "Qalatasaray" - "Fənərbaxça" matçının hakimi müəyyənləşib
- “Barselona” “Top-11”dən kənarda – “Qalatasaray” da onlardan öndə
- İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da
- Boksçularımızdan beynəlxalq turnirdə 3 qızıl və 4 gümüş medal
- "Barselona" yayda transferlərdən 120 milyon əldə edə bilər
0
0