“Qalatasaray”da iki itki Birdən
19.03.2026 - 01:46
“Qalatasaray”da iki itki Birdən

"Qalatasaray"da ciddi itkilər yaşanıb.

Apasport.az xəbər verir ki, komanda Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la cavab matçında iki futbolçusunu itirib.

"Sarı-qırmızılılar" ilk hissədən sonra dizində ağrılar hiss edən Viktor Osimheni əvəzləyib.

İkinci yarıda isə Noa Lanq zədələnib. Futbolçu reklam tablosuna sərt şəkildə dəyib. Nəticədə onun əl barmağı yarılıb. 

Qeyd edək ki, davam edən görüşdə hesab 4:0 "Liverpul"un xeyrinədir.