“Qalatasaray”dan inamlı start
09.08.2025 - 00:36
“Qalatasaray”dan inamlı start

Türkiyə Super Liqasında 2025/26 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə çempion “Qalatasaray” meydana çıxıb.

Komanda “Qaziantep”in qonağı olub.

Görüşə “sarı-qırmızılılar” fəal başlayıb. 12-ci dəqiqədə Barış Alper Yılmaz penaltidən hesabı açıb. Çox keçmədən Eren Elmalı fərqi 2 topa çatdırıb. İlk hissənin sonlarında “Cimbom” daha bir dəfə 11 metrlik cərimə zərbəsi hüququ qazanıb. Yılmaz bu dəfə də dəqiq olub. 

İkinci yarıda tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab dəyişməyib - 0:3.