Super Liqa təmsilçilərindən "Qalatasaray" yeni mövsüm öncəsi ilk transferini açıqlamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" "Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayi ilə anlaşıb.
Belçikalı hücumçu "Qalatasaray"la müqavilə bağlamaq üçün İstanbula gəlib.
Azad agent kimi “Qalatasaray”a keçəcək futbolçunun "aslanlarla" 2027-ci ilə qədər anlaşma imzalayacağı gözlənilir.
Hüçumçu 2022-ci ildə "Çelsi"dən İstanbul klubuna keçib. Son mövsümdə əsas heyətdə yer ala bilməyən Batşuayi "sarı-lacivərdlilər"lə müqavilə yeniləməyib.
Qeyd edək ki, hazırki bazar dəyəri 8,5 milyon avro olan belçikalı Super Liqada "Fənərbaxça" forması ilə 79 matça çıxıb, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ən bahalı oyunçuları - Siyahı
- Messinin yeni müqaviləsinin müddəti müəyyənləşdi
- Futzal üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb
- İtaliya kuboku: “Milan” yarımfinalda
- Bakının kənd və qəsəbələri arasında keçirilən minifutbol turnirinin final cütü bəlli olub