"Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO
12.10.2024 - 10:48
!["Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyəyə qarşı matçda məğlub oldular - VİDEO](https://apasport.az/storage/news/2024/october/12/big/670a18b4a178c670a18b4a178d1728714932670a18b4a1782670a18b4a178b.jpg)
UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda Türkiyə millisi doğma meydanda Monteneqronu qəbul edib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.
Monteneqro millisinin üzvü olan "Neftçi" və "Qarabağ"ın futbolçuları da bu görüşün iştirakçısı olub. Edvin Kuç matça start heyətində daxil olub. Marko Yankoviç 61-ci dəqiqədə məhz Kuçun əvəzinə meydana daxil olub.
Türkiyə - Monteneqro 1:0
Qol: İrfan Can Kahveci, 69
0
0