"Qarabağ"ın rəqibi futbolçu ilə müqaviləni uzatdı
22.01.2024 - 17:18
!["Qarabağ"ın rəqibi futbolçu ilə müqaviləni uzatdı](https://apasport.az/storage/news/2024/january/22/big/65ae6656a8f3265ae6656a8f33170592827865ae6656a8f3065ae6656a8f31.png)
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa" futbolçusu ilə müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı sol cinah müdafiəçisinin sözləşməsi 2028-ci ilin yayına kimi davam edəcək.
"Qırmızılar" Fransisko Çissumbanı 2019-cu ilin iyununda "Palmeyras" akademiyasından transfer edib.
Qeyd edək ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də Portuqaliyada baş tutacaq.
0
0