Qətərin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
01.05.2025 - 17:22
Qətərin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

Futbol üzrə Qətər milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Yığma komanda Xulen Lopeteqiyə həvalə olunub.

Bu barədə Qətər Futbol Federasiyası məlumat yayıb.

Müqaviləyə əsasən, Lopeteqi 2027-ci ilin iyun ayına qədər ərəblərin baş məşqçisi olacaq.

Son olaraq Premyer Liqa klublarından "Vest Hem"i çalışdıran Lopeteqinin baş məşqçi kimi CV-si olduqca zəngindir.

Mütəxəssis daha əvvəl İspaniya milli komandası, "Real Madrid", "Sevilya", "Porto", "Volverhempton" kimi klublara rəhbərlik edib.