
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yerli mətbuata bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis "şəhərlilər"dən ayrıldıqdan sonra, bir müddət məşqçilik karyerasına ara verəcəyini bildirib:
“Mançester Siti" ilə müqaviləm bitdikdən sonra komandadan ayrılacam. Bundan əminəm. Təqaüdə çıxacam ya yox, bilmirəm, amma bir müddət fasilə verəcəm. Şəxsi olaraq mənim üçün çox şey öyrəndiyim bir il idi. Məşqçilərin karyeralarında həm yaxşı, həm də pis anlar olur. Ən önəmlisi yaxşıların uzun müddət yadda qalmasıdır. Ən vacibi isə insanların nə düşündüyü deyil, sənin bu komanda ilə nələr bacardığındır. İnsanlar məğlubiyyətlərin qələbələrə nisbətən daha çox şey öyrətdiyini düşünür. Amma məncə, qələbələrdən də çox şey öyrənmək mümkündür".