Ramil penalti qazandırdı, komandası qalib gəldi
04.04.2024 - 09:31
![Ramil penalti qazandırdı, komandası qalib gəldi](https://apasport.az/storage/news/2024/april/04/big/660e30fb28489660e30fb2848a1712206075660e30fb28487660e30fb28488.jpg)
Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda"Göztepe"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 85-ci dəqiqədə meydana daxil olub. O, 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb.
28 turdan sonra 48 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0