“Real” 13 ildən sonra
12.09.2022 - 00:00
“Real” mövsümün startında ardıcıl 7-ci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Madrid klubu İspaniya La Liqasının V turunda “Malyorka” ilə görüşüb.
Karlo Ançelottinin yetirmələri 4:1 hesablı qələbə qazanıb. “Kral klubu” La Liqada 5 oyunda 15 xal toplayıb və çempionatın lideridir. Madridlilər UEFA Superkuboku və Çempionlar Liqasındakı ilk matçda da qalib gəlib.
“Real” 13 ildən sonra La Liqaya belə uğurlu başlayıb. “Kral klubu” 2009/10 mövsümündə də çempionatın ilk 5 turunu itkisiz keçib.
- “Sabah” vacib qələbə qazandı - YENİLƏNİB
- Bədii gimnastikanın dünya ulduzundan gənclərimiz üçün master-klass
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- "İnter"in hücumçusu "Napoli"dən imtina etdi
- Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanıb
0
0