"Real" Marselonun oğlu ilə ilk peşəkar müqaviləsini imzaladı
27.01.2026 - 14:17
"Real" keçmiş müdafiəçisi Marselonun oğlu hücumçu Enzo Alveş ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Enzo Alveş 2024-cü ildən "Real"də oynayır. O, hazırda U-18 komandasında mərkəz hücumçusu kimi çıxış edir. Klub 16 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirir və onu gələcək layihələr üçün perspektivli oyunçu kimi görür.
Alveşin Madrid klubunun uzunmüddətli inkişaf strategiyasının bir hissəsinə çevriləcəyi gözlənilir.
- Van Qal Belçika yığması haqda: “Həyat yoldaşımı inandırmalıdırlar”
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Türkiyə Kubokunun finalının keçiriləcəyi stadion bəlli oldu
- Azərbaycan və Özbəkistan birgə dünya çempionatına ev sahibliyi edəcəklər
- Yüksək Liqa: “Sabah”dan inamlı qələbə
0
0