"Real"da zədə problemi: ENDRİKİN DURUMUNA AYDINLIQ GƏLDİ
22.07.2025 - 12:31
"Real"da zədə problemi: ENDRİKİN DURUMUNA AYDINLIQ GƏLDİ

"Real"ın zədəli futbolçusu Endrikin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki. braziliyalı hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 

19 yaşlı futbolçunun zədəsi ciddidir. Onun bərpa müddəti 8-10 həftə çəkəcək.

Qeyd edək ki, "Real" Endriki ötən ilin yayında "Palmeyras"dan transfer edib. Braziliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.