“Dortmund”un futbolçusu “Barsa”nın hədəfində
28.09.2025 - 16:21
"Borussiya Dortmund"un hücumçusu Seru Qirassi karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Barselona" qvineyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
La Liqa nəhənginin baş məşqçisi Hans Flik Qirassinin oyunu çox bəyənir. Kataloniyalılar gələn il 29 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Borussiya" Seru Qirassini ötən ilin yayında "Ştutqart"dan transfer edib.
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Azərbaycan millisi yenə məğlub oldu - YENİLƏNİB
- Şübhəli qutu “Tuluza” – “Nant” oyununun startını gecikdirdi
- Samir Abasov: “Daha çox taktiki məşqlər üzərində işləyirik“
- “Barselona” misirli hücumçu ilə müqaviləni uzadıb
0
0