“Renn”in baş məşqçi postuna 2 namizədi var
01.02.2025 - 17:48

“Renn” klubdan ayrılan baş məşqçi Xorxe Sampaoliyə əvəzləyici axtarışındadır.
Apasport.az xəbər verir ki, bu yaxınlarda “Lion”dan ayrılan Pyer Saj və Həbib Baye Fransa klubunun baş məşqçi postuna əsas namizədlərdir.
Sampaoli ötən il noyabrın 12-dən “Renn”ə başçılıq edib və 10 matçdan sonra ayrılıb. Müqavilə 2026-cı ilə qədər bağlandığı üçün klub ona təzminat ödəməli olacaq.
“Renn” hazırda Liqa 1-in turnir cədvəlində 16-cı yerdədir.
- "Qarabağ"ın rəqibi futbolçusunu Türkiyə klubuna icarəyə göndərib
- "Sabah" üçün çətin oyun olacaq, "Makkabi" İsrailin ən böyük komandasıdır"
- “Qarabağ”ın prezidenti: “Möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik”
- “Zirə” 10 nəfərlə Sumqayıta qalib gəldi - YENİLƏNİB
- “Qəbələ” iki yoxlama oyunu keçirəcək
0
0