Riad klubunu dəyişir
24.07.2023 - 22:48

“Barselona”nın futbolçusu Şadi Riadın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını “Betis”də davam etdirəcək.
Sevilya təmsilçisi Mərakeş millisinin futbolçusunun keçidi üçün 2,5 milyon avro ödəyəcək. Müdafiəçinin transfer hüququnun 50 faizi də “Barselona”da qalacaq. Kataloniya təmsilçisi 20 yaşlı müdafiəçinin geri almaq hüququna da malikdir.
Qeyd edək ki, Riad “Barselona”nın əsas komandasında ötən il debüt edib.
- Qurban Qurbanov: “Bu müddətdən düzgün istifadə etmək istəyirik”
- “Yuventus”dan “Monako”ya 23 milyona
- Millimizin sabiq üzvləri İngiltərədə master-klas keçəcəklər
- Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
- Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”
0
0