Rieranın yeni komandası bəlli oldu
09.10.2023 - 17:29
“Qalatasaray”ın keçmiş futbolçusu və məşqçisi Fransada işləyəcək.
Apasport.az xəbər verir ki, “Bordo” baş məşqçi postunu Albert Rieraya həvalə edir.
Fransa 2-ci liqasında yer alan komanda 41 yaşlı mütəxəssislə razılığa gələ bilib. 2003-2005-ci illərdə “jirondistlər”in şərəfini qorumuş ispaniyalı veteran futbolçu 3 il (2011/14) “Qalatrasaray”da oynayıb.
Qeyd edək ki, yeni mövsümə uğursuz start verən “Bordo” 10 matçdan topladığı 11 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alır.
- Luis Qustavo Braziliyaya qayıdır
- Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Hər matç bizim üçün önəmlidir"
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"
- "Fənərbaxça" istədi, "Yuventus" aldı
0
0