"Roma"da ciddi itki
15.02.2025 - 13:51
“Roma”nın hücumçusu Paulo Dibala Avropa Liqasının pley-off mərhələsində “Portu” ilə matçda (1:1) zədələnib.
Apasport.az xəbər verir ki, argentinalı forvard birinci hissənin sonunda əvəzlənib. Onun zədəsinin ciddiliyi hələlik məlum deyil.
Dibala 2022-ci ildə “Yuventus”dan azad agent kimi paytaxt komandasının sıralarına qoşulub. O, bu mövsüm 29 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
31 yaşlı forvardın “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub və onun bazar dəyəri 8 milyon avro qiymətləndirilir.
- "Şamaxı" millini məğlub edib
- Dembeledən Mbappeyə dəstək: "Corabını çəksə də, çəkməsə də..."
- Andrey Popoviç: "Gürcüstanda gənc futbolçular Avropaya gedir, Azərbaycanda isə..."
- Mingəçevirdə daha 4 təmsilçimiz medal qazanıb: 1 qızıl, 1 gümüş, 2 bürünc
- "Qalatasaray" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb
0
0