“Roma” və “Verona”nın sabiq futbolçusu Abudraman Diabi narkotiklə saxlanılıb.
Apasport.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Romada icarəyə götürdüyü avtomobillə gedərkən polis tərəfindən saxlanılıb. Oradan 160 qram həşiş, 2 qram kokain və 60 min avro nağd pul tapılıb.
Fevralın 28-də ilk məhkəmə iclası keçirilib, nəticədə Diabi ev dustaqlığına buraxılıb.
Bu, Diabinin narkotiklərlə bağlı qanunla ilk problemi deyil. Ötən ilin martında polis Abudramanın 2,5 kilo həşiş gizlətdiyi Romadakı evinə basqın edib. Axtarış zamanı o, smartfonlarını bloklamağa çalışıb ki, məmurlar onlara baxmasın. Onun kiçik bacısı yaşadıqları evin pəncərəsindən həşiş paketi atarkən cinayət başında yaxalanıb.
Abudraman Diabi “Roma” və “Verona”nın gənclərdən ibarət komandalarında çıxış edib. O, son 6 ayı C Seriyasında “İmoleza”da icarə əsasında keçirib.
- “Ordu” “Lənkəran”a qalib gəlib
- Yon Dal Tomasson: "2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var"
- Ruzanna Məmmədova : "17 yaşda fəxri kürsüyə qalxmaq mənim üçün böyük uğurdur”
- “Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə danışıq aparır – YALNIZ BİZDƏ
- Avropa Qızıl Liqası: Azərbaycan millisi mübarizəyə başlayır