DÇ-2026 Kriştiano Ronaldonun planlarına daxil deyil.
Apasport.az saytı xəbər verir ki, Portuqaliya millisinin və "Əl-Nasr"ın 38 yaşlı kapitanı bunu özü açıqlayıb.
O bildirib ki, son illərdə fikirlərində dəyişiklik olub. Artıq uzunmüddətli planlar qurmadığını vurğulayan superulduz baş verəcək anı yaşamağın daha dəyərli olduğunu düşünür: “Dürüst olacam. Son iki ildə mən fərqli düşünməyə başladım. Müəyyən hadisələrdən sonra anladım ki, bu gün üçün yaşamalıyam. Artıq uzunmüddətli düşünə bilmirəm. Əsas məqsədim Avropa çempionatında uğurlu çıxış etməkdir. Həyat dinamikdir, nə olacağını heç kim bilmir. Bu anda xoşbəxt olmaq lazımdır”.
Qeyd edək ki, 48 komandanın yarışacağı ilk dünya çempionatı kimi tarixə düşəcək DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək.
- Braziliya KİV Tofiq Bəhramovun Pele haqqında təəssüratından yazdı
- "Elfsborq"un baş məşqçisi: "Qələbə qazandığımız üçün xoşbəxtəm"
- Ülviyyə Fətəliyeva: “Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq...”
- Tayson Messinin müdafiəsinə qalxdı: “Ona toxunmağa cürəti çatsa...”
- “Trabzonspor”dan xal itkisi, “Antalyaspor”dan qələbə