Ronaldo Nadalla şərik oldu: Restoran biznesinə girişdilər
01.12.2022 - 15:20
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo və ispaniyalı tennisçi Rafael Nadalın ortaq biznesi qurur.
Apasport.az saytının məlumatına görə, ulduzlar Qətərdə yeni restoranın şərikləri olacaq.
Ronaldo və Nadal Dohanın nüfuzlu Əl-Maha rayonunda açılacaq restorana investisiya qoymaq üçün “Tatel Group”a qoşulub. Onların hər ikisi bunun üçün böyük məbləğdə vəsait qoyub.
Qeyd edək ki, “Tatel Group” İspaniya, ABŞ və Səudiyyə Ərəbistanında restoranlara malikdir. Şirkətə Pau Qzaol, Rudi Fernandes, Enrike İqlesias kimi məşhurlar da investisiya qoyuluşu edib.
- "Sumqayıt" Ekvador millisinin futbolçusunu transfer etdi - Detallar
- Ümumdünya Şahmat Olimpiadasında III tur start götürür
- Kris Oulai “Fiorentina”da – 30 milyon avroluq transfer
- Kanalesten “Rasinq”ə qayıdış: 16 ildən sonra evə qayıtdı
- "Qalatasaray" "Liverpul"a sataşdı: "Yalnız gəzməyəcəksən, amma..."
0
0