“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun gələcək karyerası ilə bağlı 2 yolu qalıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında oynamaq istəyən portuqaliyalı superulduzun meneceri Xorxe Mendes müştərisi üçün danışıqlara başlayıb.
İlk seçim Dortmund “Borussiya”sıdır. Tərəflər arasında potensial transferlə bağlı təmaslar davam edir. İkinci variant isə 37 yaşlı forvardın karyerasına başladığı “Sportinq”ə qayıtmaqdır. Lakin bu transfer üçün Ronaldo məvacibdə ciddi fədakarlıq etməlidir.
Yay fasiləsinin əvvəllərində onu satmamaqda israr edən “Mançester Yunayted” də artıq fikrini dəyişib.
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Ozobiçdən növbəti uğur: "Qəbələ", "Qarabağ", indi də "Neftçi"də
- “Arsenal”ın yaponu üçün il başa çatdı
- “İstərdim ki, daha aktiv, dinamik futbol olsun“ - Qurban Qurbanov
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO