Ronaldodan növbəti rekord
09.09.2024 - 13:35
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Millətlər Liqasının 2-ci turunda Şotlandiya ilə matçda (2:1) qol vurub.
Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasında ilk dəfə şotlandlarla görüşdə fərqlənib.
Bu, Ronaldonun qol vurduğu 48-ci milli komandadır. Bu, futbolçular arasında sözügedən göstəricidə rekorddur.
Qeyd edək ki, Ronaldo milli komandalardan ən çox Lüksemburqa qarşı qol vurub (11).
Xatırladaq ki, Ronaldo karyerasında vurduğu qolların sayını 901-ə çatdırıb.
- “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri SATIŞDA
- Azərbaycan bədii gimnastları Dünya Kubokunda iştirak edəcəklər
- "Neftçi"nin bazasına hücum edən 2 azarkeş həbs olunub
- Qış Olimpiya Oyunları: Təşkilat Komitəsi qüsurlu medallarla bağlı açıqlama yayıb
- "Milan" tanınmış futbolçunu transfer etmək istəyir
0
0