Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo karyerasını Avstraliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Avstraliya Futbol Liqasının prezidenti Denni Taunsend açıqlayıb.
O bildirib ki, 37 yaşlı hücumçunun “yaşıl qitə”yə getməsi üçün təklif hazırlanıb: “Biz Ronaldonu Avstraliyaya gətirməkdə maraqlıyıq. Aydındır ki, müəyyən risk də var. Amma bizim təklifimizi də nəzərdən keçirməlidir”.
Qeyd edək ki, Ronaldonun yığmadakı sabiq komanda yoldaşı Nani də hazırda Avstraliyada çıxış edir. O, “Melburn Viktori”nin formasını geyinir.
- Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
- Daha bir Almaniya nəhəngi Almaniya Kubokunda mübarizəni başa vurdu
- Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb
- AFFA finala yüksələn komandaya texniki məğlubiyyət verdi
- Boksçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli olub