“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az xəbər verir ki, Super Liqa klubu Şotlandiyada “Reyncers” forması geyinən Rıdvan Yılmaza elçi düşüb.
Türkiyə mətbuatında yer alan xəbərlərdə “cim-bom” rəsmilərinin 22 yaşlı cinah oyunçusunun transferi üçün danışıqlara başladığı iddia olunur. Milli komandanın da şərəfini qoruyan gənc futbolçunun icarəyə götürülməsi gözlənilir.
Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Rıdvan Yılmaz 2022-ci ilin iyulundan Şotlandiya klubunda çıxış edir. Komandası ilə 2027-ci ilə kimi müqaviləsi olan arxa xətt oyunçusu bu mövsüm 14 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul"dan xal itkisi - YENİLƏNİB
- "İnter"in futbolçusu PSJ ilə ilkin müqavilə bağladı
- Millimiz böyük hesabla uduzdu
- Qurban Qurbanov: “Onu da gördüz, gözdən qaçırmadız. Nəisə”
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ