Sansone A seriyasında komandasını dəyişdi
11.09.2023 - 20:43

İtaliya A seriyası təmsilçisi “Leççe” daha bir transferini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, komanda "Bolonya"nın sabiq hücumçusu Nikola Sansone ilə müqavilə imzalayıb.
32 yaşlı italiyalı ilə müqavilənin müddəti barədə məlumat verilməyib. Azad agent kimi yeni komandasına qoşulan futbolçu 11 nömrə ilə çıxış edəcək.
Qeyd edək ki, 2019-2023-cü illərdə "Bolonya"da forma geyinmiş forvard ötən mövsüm 20 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Millinin baş məşqçisinə DÇ-2026-ya qədər etimad
- Kroos: “Çempionlar Liqası əvəzinə Avropa Liqasına – fərq böyükdür”
- “Mançester Yunayted”, “Çelsi” və “Arsenal” Şeşko uğrunda mübarizə aparacaq
- “Universitetya”nın sahibi: “Regekampf Rumıniyanın ən yaxşı məşqçisidir”
- Barak Baxarın Bakıda mətbuat konfransı olmayacaq
0
0