Serbiya millisinin üzvü addım-addım "Napoli"yə
25.07.2025 - 17:55
"Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviç A Seriyasında klubunu dəyişəcək.
Apasport.az xəbər verir ki, serbiyalı qolkiperin "Napoli"yə transferi artıq həll olunub.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, İtaliya təmsilçisi 28 yaşlı qapıçı üçün "Torino"ya 21 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vanya Milinkoviç-Saviç "Torino"ya 2017-ci ilin yayında Polşanın "Lexiya" klubundan transfer olunmuşdu. Serbiya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 39 rəsmi oyuna çıxıb.
- "Trabzonspor" - "Fənərbaxça" matçındakı izdihama görə bu futbolçulara intizam işi açıldı
- "Çelsi" transferlərə doymur - FOTO
- Xviçanın yeni müqaviləsinin detalları bəlli olub
- Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”
- Luis Enrikenin Çempionlar Liqasının finalındakı favoriti
0
0