"Beşiktaş" yay transfer pəncərəsində heyətini gücləndirməyə davam edir.
"Apasport"un xəbərinə görə, son olaraq Sulşerlə yollarını ayırıb, baş məşqçi postuna Sergen Yalçını gətirən İstanbul təmsilçisi türk məşqçinin istəyi doğrultusunda növbəti transferini reallaşdırmağa yaxındır.
Belə ki, "qara qartallar" "Volfsburq"un çexiyalı futbolçusu Vatslav Çerni ilə razılıq əldə edib.
27 yaşlı vingeri heyətə qatmaq üçün alman klubunun cavabı gözlənilir.
Xatırladaq ki, ötən mövsümü "Reyncers" formasıyla kiralıq keçirən Çerni Avropa Liqasında "Fənərbaxça"nın rəqibi olmuş və göstərdiyi performansla diqqətləri üstünə çəkmişdi.
- Santos: “Sabah”ın vurduğu qolda qapıçımıza kobudluq vardı” - MÜSAHİBƏ
- “Qalatasaray” qələbəni 3 qolla qazandı
- Prezident İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
- Messi Niderland – Argentina oyununun hakiminə niyə zəng edib?
- “İnter” 18 yaşlı futbolçu üçün mübarizəyə başlayıb