Mançester derbisində “Siti”dən inamlı qələbə
14.09.2025 - 21:38

İngiltərə Premyer Liqasında IV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün iki matç baş tutub.
"Liverpul" "Börnli"nin qonağı olub. Mersisaydlılar son dəqiqələrdə Məhəmməd Salahın qolu ilə qələbə qazanıb - 1:0.
Mançesterdə isə ölkə derbisi baş tutub. "Siti" "Yunayted"i qəbul edib. Meydan sahibləri Fil Fodenin qolu və Erlinq Haalandın dublu isə inamlı qələbə qazanıb - 3:0.
0
0