!["Sevilya"nın qapıçısına hücum edən azarkeş həbs olundu](https://apasport.az/storage/news/2023/march/08/big/6408a3d55fa086408a3d55fa0916782878296408a3d55fa066408a3d55fa07.jpg)
PSV-nin adı açıqlanmayan bir azarkeşi UEFA Avropa Liqasının pley-offunda "Sevilya" ilə cavab görüşündəki hərəkətlərinə görə həbs olunub.
Apasport.az xəbər verir ki, araşdırmadan sonra azarkeş "Sevilya"nın serbiyalı qapıçısı Marko Dmitroviçə hücum etdiyinə görə 3 aylıq həbslə cəzalandırılıb.
Qeyd edək ki, “Sevilya” PSV-ni 2 oyunun cəmində (3:0; 0:2) məğlub edərək, 1/8 finala adlayıb. Həmin azarkeş fevralın 23-də Eyndhovendə keçirilən cavab matçında rəqib qapıçıya hücum etsə də, qapıçı özünü müdafiə edərək xəsarət almayıb. Hətta Dmitroviç onu dayandırmağa, zərərsizləşdirməyə də nail olub.