“Siti” onunla razılaşdı - KOMANDADA SAXLANILDI
11.04.2026 - 11:05
“Siti” onunla razılaşdı - KOMANDADA SAXLANILDI

"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatan Markus Bettinelli ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, "şəhərlilər" ingiltərəli qolkiperin sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı oyunçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Mançester Siti" Markus Bettinellini mövsümün əvvəlində "Çelsi"dən 2,4 milyon avroya transfer edib.