"Siti" Qvardiola ilə yeni müqavilə imzaladı – Rəsmi
22.11.2024 - 11:54
!["Siti" Qvardiola ilə yeni müqavilə imzaladı – Rəsmi](https://apasport.az/storage/news/2024/november/22/big/674038af28049674038af2804a1732262063674038af28047674038af28048.jpg)
“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Şəhərlilər” ispan mütəxəssisin sözləşməsini 2026-cı ilin yayına kimi artırıb.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Komanda onun başçılığı altında 6 dəfə Premyer Liqanı, 1 dəfə Çempionlar Liqasını qazanıb.
0
0