"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az xəbər verir ki, klub "Palmeyras"ın 16 yaşlı vingeri Eduardo Konseysaonu transfer etməyə hazırlaşır.
Bu barədə ESPN nəşri məlumat yayıb. Futbolçu ilə bir neçə klub maraqlansa da, İngiltərə klubu keçiddə favorit hesab edilir.
"Siti" transfer üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Lakin oyunçu 18 yaşına çatana qədər Avropaya keçə bilməyəcəyi üçün "Palmeyras" variantları nəzərdən keçirir.
Qeyd edək ki, hazırda Braziliya U-17 yığmasında çıxış edən Konseysaonun turnirdən sonra əsas komandaya cəlb olunacağı gözlənilir.