Superkubokun vaxtı açıqlandı
26.10.2023 - 17:19
![Superkubokun vaxtı açıqlandı](https://apasport.az/storage/news/2023/october/26/big/653a51ff6013b653a51ff6013c1698320895653a51ff60139653a51ff6013a.png)
İspaniya Superkubokunun Səudiyyə Ərəbistanda keçiriləcək oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, matçlar 2024-cü il yanvarın 10-14-də keçiriləcək.
Turnirdə “Real”, “Atletiko”, “Barselona” və “Osasuna” komandaları mübarizə aparacaq. Yarımfinal matçları yanvarın 10-da və 11-də, final isə 14-də baş tutacaq.
Qeyd edək ki, qarşılaşmalar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçiriləcək.
0
0