"Fənərbaxça" gələn ilin yayında klubla müqaviləsi başa çatan Anderson Talişka ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, İstanbul klubu braziliyalı yarımmüdafiəçi ilə yollarını ayıracaq.
Bu barədə insayder Rudi Qaletti məlumat yayıb.
Mənbənin məlumatına görə, Talişkanın göstəriciləri məşqçilər korpusunu qane etmir.
Klub rəhbərliyi də yüksək maaş alan 31 yaşlı futbolçudan qurtulmaq istəyir.
Qeyd edək ki, "Fənərbaxça" Anderson Talişkanı 2024-cü ilin yanvar ayında "Əl-Nəsr"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Arsenal” yayda "Nyukasl"a rekord məbləğ ödəyə bilər
- İrlandiyanın yeni baş naziri üçün namizəd: Konor Makqreqor
- Arda Gülər İngiltərəyə köçə bilər
- III MDB Oyunlarının medal sıralaması: Belarus ikinci pilləyə yüksəlib
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”