
“Real”ın futbolçusu Toni Kroos DÇ-2022-nin əsas favoritini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq yarımmüdafiəçisi Qətərdəki mundialda Braziliyanı üstün sayır.
O, pentakampeonların çempionluğa əss namizədliyini proqnozlaşdırır: “Braziliya yığması çox güclüdür. Bu komandada “Real”ın bir neçə futbolçusu da oynayır. Mən hər gün onların məşqini görürəm. Braziliya hər matçda qələbə qazanır. Onlar qalib gəlməyə acdırlar. Braziliya qarşıdakı dünya çempionatının əsas favoritidir”.
Qeyd edək ki, Toni yığma karyerasını ötən yay keçirilən AVRO-2020-dən sonra başa vurub.
- Krakov-2023: İrina qızıl, Asiman bürünc qazandı - YENİLƏNİB - FOTOLENT
- “Neftçi” – “Qarabağ” matçında mövsümün rekordu qeydə alınıb
- "Neftçi" - "Sabah" oyununun vaxtı bəlli olub
- Azərbaycan Kubokunda 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB