“Tottenhem”in iki hədəfi
20.07.2023 - 16:49
“Tottenhem” komandadan gedəcək Pyer-Emil Hoybyerqə əvəzləyici axtarır.
Apasport.az saytının məlumatına görə, “Atletiko”ya keçəcək danimarkalı yarımmüdafiəçini əvəz etməyə iki namizəd var.
London klubu şəhəri digər klubu “Çelsi”dən Konor Qallaxer və “Aston Villa”dan Duqlas Luislə maraqlanır. Müqaviləsi 2025-ci ilədək olan Konorun satılacağı real görünmür. Bu üzdən “Tottenhem”in əsas ümidi Duqlasın transferi ilə bağlıdır.
Qeyd edək ki, Hoybyerqin 45 milyon avroya satılacağı gözlənilir.
- Sevgilisini zorlamada ittiham olunan futbolçu bəraət aldı
- "Arsenal" "Barselona"nın futbolçusu üçün 75 milyon ödəməyə hazırdır
- "Şamaxı" - "Turan Tovuz" oyunu canlı yayımlanmayacaq - "CBC Sport"dan açıqlama
- Adil Nağıyev Kimdir? Adı oyun alqı-satqısında hallanan futbolçu
- “Qalatasaray” oyunlara SOCAR loqosu ilə çıxacaq
0
0