"Trabzonspor"un transfer hədəfi
28.12.2023 - 16:31
"Trabzonspor"un qış transfer planı bəlli olub.
Apasport.az xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı Abdulla Avcı "Arsenal"ın formasını geyinən misirli yarımmüdafiəçi Məhəmməd Elnenini komandada görmək istəyir.
"Topçular"ın baş məşqçisi Mikel Arteta Premyer Liqada 1 dəfə (1 dəqiqə) meydana çıxan 31 yaşlı futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Vaxtilə "Beşiktaş" forması geyinən yarımmüdafiəçi bu transferə müsbət yanaşır.
Qeyd edək ki, "Arsenal"da 159 matçda meydana çıxan Elneni 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə yığması Vincenzo Montella ilə müqavilə imzaladı
- İqor Mitreski: "Bugünkü gündə mənim üçün "Qarabağ" "Şkendiya" ilə görüşlərin favoritidir"
- Saşa Yunisoğlu: "Mən düşünürəm ki, bu yoldaşlıq oyunları yersizdir" - MÜSAHİBƏ
- Elnur Məmmədli: "Fransada himnimizi səsləndirmək vacib idi"
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
0
0