İngiltərənin “Liverpul” və İtaliyanın “Atalanta” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/4 Final matçının hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, "Enfield" stadionunda keçiriləcək qarşılaşmanı türkiyəli hakimlər briqadası idarə edəcək.
Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi Arda Kardeşler olacaq.Qarşılaşmada VAR funksiyasını Alper Ulusoy, AVAR funksiyasını isə Abdülkadir Bitigen yerinə yetirəcək.
Qeyd edək ki, İngiltərənin "Liverpul" və İtaliyanın "Atalanta" komandaları 11 aprel cümə axşamı UEFA Avropa Liqasının 1/4 final matçında üz-üzə gələcək.
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- "Araz-Naxçıvan" 1 gündə 3-cü transferini reallaşdırdı
- Azərbaycanın Olimpiya mükafatçısı Polşada keçirilən turnirdə qızıl medal qazanıb
- "Qarabağ” üçün seminar keçirilib
- Yeniyetmə cüdoçular arasında liqa yarışına yekun vurulub - FOTO