Türkiyə klubu Torreslə maraqlanır
03.04.2024 - 12:59
![Türkiyə klubu Torreslə maraqlanır](https://apasport.az/storage/news/2024/april/03/big/660d0a03e237b660d0a03e237c1712130563660d0a03e2379660d0a03e237a.jpeg)
Hüquqları İspaniyanın "Sevilya" klubuna məxsus olan yarımmüdafiəçi Oliver Torres karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki ,"Trabzonspor" Torreslə maraqlanır. Türkiyə klubunun rəhbərliyi futbolçuya 3+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının bu mövsümündə 25 oyuna çıxaraq, 1 məhsuldar ötürmə edib. Futbolçunun "Sevilya" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
0
0