Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən aparılan mərc oyunları ilə bağlı istintaq çərçivəsində son 5 il ərzində federasiyanın tərkibində hakim kimi fəaliyyət göstərmiş və futbol oyunlarına mərc etdiyi müəyyən olunan şəxslərin adları açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda Super Liqanın məşhur hakimlərindən Ali Palabıyık da yer alıb.
Digər adları təqdim edirik: Ali Tuna, Alper Oran, Berkay Daban, Erhan Kutlu, Halit Karacabay, Okan Akbal, Sedat Etik və Yusuf Bozdoğan.
Adları çəkilən şəxslər Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən tədbirli şəkildə İntizam Komitəsinə (PFDK) göndəriliblər.
TFF-dən verilən məlumata görə, onlardan 11-i üst kateqoriya, 21-i orta kateqoriya, 2-si yeni kateqoriya və 8-i federasiyanın təhlükəsizlik və akkreditasiya nümayəndəsi olmaqla, ümumilikdə 42 nümayəndə futbol oyunlarına mərc etdiklərinə görə tədbirli şəkildə intizam məsuliyyətinə cəlb olunub.