Türkiyəli qolkiper Fransa yolunda
11.08.2025 - 10:25

Lukas Şevalyeni PSJ-yə satan "Lill" heyətinə yeni qapıçı cəlb edəcək.
Apasport.az xəbər verir ki, Fransa klubunun əsas hədəfi "Eyüpspor"da çıxış edən Berke Özerdir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Lill" yaxın zamanda Türkiyə millisinin üzvü üçün İstanbul klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, 25 yaşlı qolkiper 2023-cü ilin yanvar ayından "Eyüpspor"da çıxış edir. O, ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 35 rəsmi matçda meydana çıxıb.
- Sahil Babayev Avropa Oyunlarında medal qazanan boksçularla görüşdü
- Nazim Əliyev: “Neftçi" bu məqsədə çatmaq istəyir” - MÜSAHİBƏ
- Ferdi Kadıoğlu Kimdir? “Fənərbaxça”nın Universal Ulduzu
- Şahin Diniyev: "Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi"
- "Torino"nun qapıçısı "Çelsi" və "Siti"nin hədəfində
0
0