UEFA-dan rədd cavabı
24.03.2026 - 09:39
UEFA növbəti Çempionlar Liqası mövsümü üçün iştirak ərizələrinin sayını dəyişdirməməyi qərara alıb.
Apasport.az xəbər verir ki, İngiltərə klubları 28 futbolçunu qeydiyyatdan keçirməyə icazə istəyib.
Lakin UEFA tələbi rədd edib. Bu məsələ 2027/28 mövsümü öncəsi yenidən müzakirə oluna bilər, amma indilik limit 25 nəfər olaraq qalır.
Bildirilir ki, mövcud qaydanın saxlanmasını İspaniya klubları dəstəkləyib. La Liqa klubları hesab edir ki, İngiltərə komandaları maliyyə üstünlüyündən istifadə edərək əhəmiyyətli üstünlük qazana bilər.
- Azərbaycan kikboksçuları 2022-ci ildə Vətənə 101 medal gətirib
- Mikels komandadan ayrıldı - SON DƏQİQƏ
- Mahir Şükürov: "Bu biabırçılığa son vermək lazımdır" - Müsahibə
- "Spartak"ın sabiq baş direktoru: “Azərbaycan millisi Çerçesov üçün yaxşı seçimdir”
- “Bavariya” – “Real” oyununun hakimləri müəyyənləşib
0
0