Uels millisi baş məşqçi ilə yollarını ayırdı
21.06.2024 - 16:49
![Uels millisi baş məşqçi ilə yollarını ayırdı](https://apasport.az/storage/news/2024/june/21/big/66756fc095c7366756fc095c74171897235266756fc095c7166756fc095c72.jpg)
Uels millisinin baş məşqçisi Rob Peyc istefaya göndərilib.
Apasport.az Uels Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Peycin rəhbərliyi altında komanda 45 oyun keçirib.
Bunların 15-də qələbə qazanan kollektiv eyni sayda oyunda məğlub olub. Komanda qalan 15 qarşılşamada heç-heçəyə imza atıb.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2020-ci ildən Uels millisini çalışdırırdı.
0
0