Van Nistelroy “Lester”də
30.11.2024 - 00:23
![Van Nistelroy “Lester”də](https://apasport.az/storage/news/2024/november/30/big/674a23484916c674a23484916d1732911944674a23484915f674a23484916b.jpeg)
İngiltərə Premyer Liqasında yeni təyinat baş verib.
Apasport.az xəbər verir ki, "Lester"in yeni baş məşqçisi müəyyənləşib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Komandaya Ruud van Nistelroy rəhbərlik edəcək.
Niderlandlı mütəxəssislə 2027-ci il iyunun sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis mövsümə "Mançester Yunayted"də başlayıb.
0
0