Vilfrid Zaha Fransa klubunda - Rəsmi
31.08.2024 - 09:33
![Vilfrid Zaha Fransa klubunda - Rəsmi](https://apasport.az/storage/news/2024/august/31/big/66d2aa11c43bd66d2aa11c43be172508212966d2aa11c43bb66d2aa11c43bc.jpg)
Super Liqa klublarından "Qalatasaray"ın ulduz futbolçusu Vilfrid Zahanın transferi rəsmən açıqlanıb.
Apasport.az xəbər verir ki, Fransanın "Lion" komandası "Qalatasaray "ın kot d-ivuarlı futbolçusu Vilfrid Zahanı mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.
Liqa 1 təmsilçisindən verilən açıqlamada Zahanın "sarı-qırmızılı" komandadan 3 milyon avroya bir mövsümlük icarəyə götürüldüyü bildirilib.
31 yaşlı futbolçu "Lion"da 12 nömrəli formanı geyinəcək.
0
0