
“Arda Gülər adını “Real”ın tarixinə yazdıracaq”.
Apasport.az xəbər verir ki, bu sözlərin müəllifi “Fənərbaxça”nın keçmiş baş məşqçisi Vitor Pereyradır.
Portuqaliyalı mütəxəssis ispan klubunun çox özəl bir futbolçuya sahib olduğunu düşünür:”Komandaya ilk gəldiyim zaman aşağı yaş qruplarındakı istedadlı futbolçuları tez-tez əsas komanda ilə məşqlərə cəlb edirdim. Köməkçilərim mənə 16 yaşlı bu istedadı sınamağı məsləhət gördülər. Elə ilk məşqdəcə, Arda kollektivin sevimlisinə çevrilməyi bacardı. Top onda olanda fərqli nəsə göstərməkdən çəkinmirdi. Gülərin transferi “Real” üçün bir şansdır deyə düşünürəm,”
Qeyd edək ki, Pereyra iki dəfə İstanbul klubuna rəhbərlik edib. O, 2015/17 və 2021/22-ci illərdə klubun sükanı arxasında olub.
- Modriç “Real”da xoşbəxt deyil - "Əl-Hilal"dan təklif var
- "Səbail"in kapitanı: "Nəticələr ürəkaçan deyil, Cavid Hüseynov gəldikdən sonra..."
- Azərbaycan tarixinə düşən dünya çempionatının mükafatçısı çəkisini dəyişəcək
- İtaliyanın oyunu nə gələcək?
- "Spartak"ın sabiq baş direktoru: “Azərbaycan millisi Çerçesov üçün yaxşı seçimdir”