Kataloniya "Barselona"sının baş məşqçisi Xavi Hernandes komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindən kənarlaşdırılmasından danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis bu barədə "RMC Sport"a danışıb.
O, hər iki qarşılaşmada komandasının daha üstün olduğunu bildirib: “Barselona” hər iki matçda taktiki cəhətdən PSJ-dən üstün idi. Ronald Arauxo qırmızı vərəqə aldıqdan sonra daha çox mübarizə aparmalıydıq. Ancaq bu, prosesin bir hissəsidir. Həmişə qalib gələ bilməzsən. Bu mövsüm çox şey öyrəndik. Növbəti dəfə biz daha yaxşı yarışa biləcəyik”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" PSJ-yə məğlub olub (3:2, 1:4).
- Kamandan oxatma üzrə gənclər arasında ölkə birinciliyinin rəsmi açılış mərasimi keçirilib
- Rəvan Quluzadə mükafatlandırılıb
- AFFA rəsmisi “Bavariya”nın oyununa təyinat alıb
- Macarıstan, Slovakiya və Serbiya AVRO-2024-ün bir addımlığında
- Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”