Xulian Alvarez: "Atletiko" üçün əla şeylər edəcəyinə inanıram"
06.05.2025 - 17:33
İspaniya La Liqası təmsilçilərindən “Atletiko Madrid” yayda “Tottenhem”in müdafiəçisi Kristian Romeronu transfer etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, oyunçunun Argentina millisindən komanda yoldaşı Xulian Alvarez bu məsələ ilə bağlı bir sıra açıqlamalar verib.
Forvard “Atletiko”da çıxış etməsinin futbolçu üçün əla fürsət olacağını bildirib:
“Kristian Romeronun “Atletiko”ya gələcəyini ümid edirəm. Bu komanda üçün əla şeylər edəcəyinə inanıram. “Atletiko Madrid” bir ailə kimidir. Bu klub daha çox Argentina millisinə bənzəyir”.
- Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisinin köməkçiləri bəlli olub
- Fransa millisinin sabiq üzvü karyerasını bitirib
- Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayır
- Çingiz Hüseynzadə: “Azərbaycan İslamiada tarixinin ən zəif nəticəsini göstərib”
0
0