Yamal dünya futbolunun ən yaxşı vunderkindləri reytinqinə başçılıq edir
21.03.2024 - 17:59
![Yamal dünya futbolunun ən yaxşı vunderkindləri reytinqinə başçılıq edir](https://apasport.az/storage/news/2024/march/21/big/65fbf7a31992165fbf7a319922171101174765fbf7a31991e65fbf7a319920.jpg)
"Barselona"nın vingeri Lamin Yamal dünya futbolunun ən yaxşı vunderkindləri reytinqinə başçılıq edir.
Apasport.az xəbər verir ki, 16 yaşlı ispaniyalı futbolçu "Goal" nəşrinin 2005-ci il və ya daha gənc olan ən yaxşı oyunçular siyahısında birinci yerdədir.
İkinci sırada "Palmeyras"ın braziliyalı futbolçusu Endrik, üçüncü yerdə PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri, dördüncü sırada “Bavariya”nın hücumçusu Mathis Tell, beşinci pillədə isə “Real Madrid”in hücumameyilli yarımmüdafiəçisi Arda Gülər var.
0
0